Niderlandda doğulmuş millimizin futbolçusu ilə müqavilə bağlandı

Niderlandda doğulmuş millimizin futbolçusu ilə müqavilə bağlandı
13:42 17-09-2020 | icon 128

“Sabah” futbol klubu futbolçu Ozan Kökçü ilə yeni müqavilə bağlayıb.

Klubun rəsmi saytının verdiyi xəbərə görə, anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi Bakı komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, Niderland doğumlu Ozan Kökçü ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi “Sabah”da 19 oyun keçirib, bir qola imza atıb. Onun klubla əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.