Yollarımıza mane olan kanalizasiya quyuları - VİDEO

Yollarımıza mane olan kanalizasiya quyuları - VİDEO
13:28 17-09-2020 | icon 68

Kanalizasiya qapaqlarının yol səthindən aşağı və ya əksinə yuxarıda yerləşməsi sürücülər və piyadalar ücün ciddi narahatlıq yaradır.

Baku TV məsələni araşdıraraq maraqlı süjet hazırlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat rəhbəri Anar Nəcəflinin sözlərinə görə, intensiv hərəkət olduğundan bir müddət sonra çökmələr, müəyyən məsafə və boşluqlar əmələ gələ bilər.

Hətta Anar Nəcəfli pul qazanmaq istəyən bəzi işbazların qapaqlara yalnız metal məmulat kimi yanaşaraq, onları oğurladığını da bildirib.