Bıçaqla yol polisinə hücum etdi - VİDEO

Bıçaqla yol polisinə hücum etdi - VİDEO
23:07 16-09-2020 | icon 100

Rusiya Federasiyasının Gelencik şəhərində sərxoş sürücü yol polislərinə bıçaqla hücum edib.

REN TV xəbər verir ki, sərxoş sürücü sənədlərini təqdim etməkdən imtina edərək ərazidən uzaqlaşmaq istəyib, lakin yol polisləri onun qarşısını kəsiblər.

Bundan hiddətlənən kişi bıçağı çıxararaq polisləri hədələməyə başlayıb.

İnsidentə müdaxilən edən digər hüquq-mühafizə orqanlarının əməkdaşları onu yerə yıxaraq bıçağı əlindən alıblar.

Sərxoş kişi cinayət məsuliyyətinə cəlb edilib.