Tanınmış dramaturq: “Onlayn teatr teatr deyil”

Tanınmış dramaturq: “Onlayn teatr teatr deyil”
21:07 16-09-2020 | icon 320

“Yorulmadan Azərbaycan teatrını yamanlayan xanımlar və cənablar, dincəlin, daha teatr yoxdur”.

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli “Mədəniyyət” qəzetinə verdiyi müsahibəsində deyib. Dramaturq pandemiya zamanı onun üçün ən ağır məqamın teatrların qapılarının bağlanması olduğunu bildirib:

“Pandemiyanın mənim üçün ən ağrılı məqamı, həqiqətən, teatrların qapanması oldu. Təkcə Bakı teatrlarının repertuarında yeddi əsərim var, ayda ən azı 5-6 tamaşam oynanılırdı. Birdən-birə həyatımda dərin bir boşluq yarandı. Burada bir monoloq deyim, bununla da pandemiya mövzusunu qapadaq:

“Teatrların işıqları sönüb, qapıları bağlanıb, ən pis tamaşa üçün də darıxmışam. Yorulmadan Azərbaycan teatrını yamanlayan xanımlar və cənablar, dincəlin, daha teatr yoxdur. Bəlkə bir daha olmadı, ola bilsin, hansı bir formada nəsə çıxsın, yaransın, lap elə yerində onlayn teatr bitsin, törəsin, amma onlayn teatr heç teatr deyil, lentə alınmış zəifdən zəif filmdir, cansız, ruhsuz, dadsız...”