Əməkdar artist: “Nə birinin yarına göz dikmişəm, nə də...”

Əməkdar artist: “Nə birinin yarına göz dikmişəm, nə də...”
17:56 16-09-2020 | icon 159

“Əvvəlki Zöhrə deyiləm artıq. Heç nəyə hövsələm qalmayıb. Bazarlığımı nəvəm edir. İndi oğuləvəzim odur. Gəlinimdən, nəvəmdən razıyam. Qız nəvəm gec-gec zəng edir. Başımın tacı yoxdur, onlar könlümü alır”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva “Space” kanalında yayımlanan “Hər səhər” verilişində deyib. Oğlunu itirən müğənni nəvələrindən danışıb. O bildirib ki, nəvələri və gəlini ona yaxşı baxır.

Müğənni sənət adamlarının geyimlərindən danışıb. O bildirib ki, yaşı çox olan ifaçılar geyimlərini bilmirlər:

“Bir də görürsən 40 ilin sənətkarı “britelka” geyinib efirə çıxır. Olmaz, qolu gizlətməlisən. 40 ilin sənətkarı açıq geyimdə səhnəyə çıxmaz.

40 ildir sənətdəyəm, nə birinin yarına göz dikmişəm, nə də kimisə arxadan vurmuşam. Bizim sənətdə elələri o qədərdir ki...”.