“Bala Heydər” ləqəbi ilə tanınan qalmaqallı işadamının "sərgüzəştləri"

“Bala Heydər” ləqəbi ilə tanınan qalmaqallı işadamının "sərgüzəştləri"
12:20 16-09-2020 | icon 13385

“Bala Heydər” ləqəbli Əliyev Heydər Həsən oğlu, neçə aylardır barənizdə apardığımız araşdırmalardan, sorğulardan sonra daha dəqiq qənaətə gəlmək üçün verdiyimiz suallara cavabınızdan asılı olaraq neçə illərdir ətrafınızda gəzib dolaşan bir çox müəmmalara son qoyula bilər:

1. Deyilənlərə görə, ötən əsrin 90-cı illərində Naxçıvan-Türk müştərək bankı təsis etmisiniz, sonradan banka əmanətlərini etibar etmiş yüzlərlə insanların pullarını xəlvəti götürüb Bakıya gələrək ayrı-ayrı ünvanlarda gizlənmisiniz. Buna etiraz edən bankın müşahidə şurasının sədri türk vətəndaşı İbrahim Aydın şəxsi avtomaşınında tərəfinizdən öldürülüb. Bu həqiqətdirmi?

2. Həmin illər Naxçıvanda “Qorqud” Assosiasiyasının prezidenti olaraq "Ordubad İpək" fabrikindən dəyəri milyon dollarla ölçülən xammal götürmüsünüz və bu günlərimizə qədər vəsaiti ödəməmisiniz, tərəfinizdən aldadılan get-gələ düşən, mənəvi işgəncələrinizə məruz qalan fabrikin direktoru Miryusif Seyidovun zərif ürəyi buna dözməmiş, son nəticədə infarkt keçirərək dünyasını dəyişmişdir. Bu nə dərəcədə həqiqəti əks etdirir, Bu həqiqətdirmi? Mümkünsə münasibət bildirin.

3. 1997-ci ildə “Şərq bazarı”nı və “Şərq Hoteli"ni 50 il müddətinə icarəyə götürmüsünüz. Bütün hesabatlarınızda göstərmisiniz ki, guya 40 illik icarə haqqını əvvəlcədən ödəmisiniz. Aparılan araşdırmalar iddialarınızın yalan olduğunu sübut edib və “Şərq bazarı” 2017-ci ildə əlinizdən alınıb, lakin 20 illik icarə haqqını hələ də ödəməmisiniz. Həmçinin, bazarın 2 günbəzini Sizə məxsus “Atlas” Klinikasına birləşdirmisiniz. Bu həqiqətdirmi?

4. İcarəyə götürdüyünüz “Şərq Hoteli”ni deyilənlərə görə özəlləşdirmisiniz və hazırda “Qorqud” Hoteli kimi və köməkçi tikililərində “Atlas” Tibb Mərkəzi təsis etmisiniz. Halbuki, mövcud qanunvericilikdə icarəyə götürülən obyektin özəlləşdirilməsi yolverilməz sayılır. Görəsən Əmlak Məsələləri Dövlət Komitəsinin buna münasibəti necə olacaq? Aydınlıq gətirməyiniz xahiş olunur.

5. İran Respublikasında səfərdə olarkən tutulub, iki ay zindanda saxlanılmağınızı hansı səbəblə izah edə bilərsiniz?

6. Heydər müəllim, bilməyən yoxdur və deyirlər ki, neçə illər bir çox çirkin əməllərinizi ört-basdır etmək üçün özünüzü Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qudası kimi təqdim etmisiniz. Bu həqiqətdirmi? Əgər həqiqətən də Ramiz Mehdiyevlə qudasınızsa, onun basqılara, təqiblərə, qondarma ittihamlara məruz qaldığı günlərdə nə əcəb Sizdən səs-səmir çıxmır?

7. Heydər müəllim, Ramiz Mehdiyevin erası artıq bitib, sirr deyilsə deyin görək, indi kiminlə quda olmusunuz?

8. Beynəlxalq Banka, BTB banka və “AG Banka” olan müddəti ötmüş milyonlarla kredit borcunuzu hansı zərurətdən ödəmirsiniz bu barədə mövqe bildirməyiniz xahiş olunur:

Sizi yaxından tanıyanlar onu da bildirirlər ki, ayrı-ayrı adamlardan borc adı ilə pul alıb, lakin qaytarmırsınız. Borc verən tərəf borc verdiyi pulu təkidlə tələb etdikdə deyirsiniz ki, kimin yanında mənə pul vermisən sübut elə! Əgər bu həqiqətdirsə buna yalnız təəssüflənmək mümkündür. Ən azından ona görə ki, həm ağsaqqalsınız, həm də 9 dəfə Həcc ziyarətində olmusunuz.

9. Belə şaiyələr gəzir ki, bir vaxtlar serebral iflic doğulan övladınızdan imtina edərək 3 yaşlı oğlunuzu Rusiya şəhərlərinin birində əlillər evinə təhfil vermisiniz, bu həqiqəti əks etdirirmi?

10. Belə söz-söhbət dolaşmaqdadır ki, 72 yaşında burnunuzu plastik əməliyyat etdirmisiniz. Ahıl yaşınızda buna zərurət yaradan nə idi?

11. Mənbələrdən sızan məlumatlara görə tabeliyinizdəki işçilərin adına banklardan kredit götürür, sonradan onları işdən qovursunuz. Digər məlumatlarda bildirilir ki, 9 dəfə Həcc ziyarətində olan Hacı Hacıyev kimi hər həftənin cümə günləri məscidlərə namaz qılmağa gedirsiniz. Lakin deyilənlərə görə əməlləriniz məscid əhlinə bəlli olduğundan dəfələrlə məscidlərdən qovulmusunuz. Buna inanmaq olarmı?

Haşiyə: Heydər müəllim, Sizi möhkəm əmin etmək istəyirik ki, cavabınızdan asılı olaraq silsilə yazılarımızla deyilənlərə aydınlıq gətirilərək, dedi-qodulara son qoyulacaq.

P.S. Vaxtı ilə “Bala Heydər” ləqəbli işadamı Əliyev Heydər Həsən oğlunın ən yaxın dostu olan və yazıdakı faktları bizə göndərən, mədəniyyət camiəsinin ustadı, hörmətli sənətkarımıza dərin təşəkkürümüzü bildiririk.

H.Həmidova