Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat 
12:07 16-09-2020 | icon 817

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

Belə ki, Elşən Allahverdiyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Sənədlər və müraciətlərlə iş departamenti”nin müdiri təyin edilib. 

Məlumatı milletinsesi.info-a Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib. 

Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, bir sıra banklarda, Maliyyə Bazarlarına Nəzarət Palatasında, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyində müxtəlif vəzifələrində çalışıb.