Gömrük Komitəsində avtomobil qalmaqalı: Karantin qaydaları pozuldu 

Gömrük Komitəsində avtomobil qalmaqalı: Karantin qaydaları pozuldu 
11:33 16-09-2020 | icon 438

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində karantin qaydaları kobud şəkildə pozulub.  Bu haqda məlumatı Avtosfer.az yayıb. Xəbərdə bildirilir ki, bu proses idarə əməkdaşlarının gözü qarşısında baş verib. 

Məlum olub ki, təhlükəli sıxlığın iştirakçıları idxalçılar (avtomobil gətirənlər, maşın ticarəti ilə məşqul olanlar) və onların hüquqi təmsilçiləridir. Karantin qaydalarının kobud şəkildə pozularaq kütləvi toplaşmanın səbəbi isə gömrük əməkdaşlarının təzyiqi və tələbi əsasında baş verib. Gömrük əməkdaşları öz güc və resurslarından təzyiq vasitəsi kimi istifadə edərək idxalçıları məcburi qaydada bu vəziyyəti yaşamağa vadar edirlər.

Artıq uzun müddətdir ki, ərazidə gərginlik müşahidə olunmaqdadır. Hətta sahibkarların hüquqi təmsilçilərinin əraziyə daxil olmaması üçün xüsusi turniketlər belə quraşdırılıb. Nə baş verir?

nobe

Bu günə qədər idxalçılar (hüquqi və fiziki şəxslər) idxal etdikləri malların bəyan edilməsini rəsmi broker şirkətləri vasitəsilə həyata keçiriblər. Broker şirkətlərinin varlığı idxalçılar üçün müsbət effekt verir. Çünki onlar bəyan etdikləri məhsulu broker şirkətləri vasitəsilə sürətli şəkildə reallaşdırırlar. Bir sözlə, broker şirkətlər müştərinin gömrük təmsilçiliyini həyata keçirir. Bu proses zamanı yazılan bəyannamələr gömrük daxilində yazılan bəyannamələrdən nisbətən ucuz başa gəlir. Sahibkar isə əlavə maddi itkiyə yol verməmək üçün bəyannamələrin broker şirkətlərində yazılmasına üstünlük verir.

Bu isə nədənsə gömrük əməkdaşlarını narahat edib. Nəticədə əraziyə daxil olan idxalçılara təzyiq göstərilməyə başlayıb. Gömrükçülər broker şirkətləri ilə əməkdaşlıq etməməsi üçün fiziki və hüquqi şəxslərə qeyri-rəsmi göstəriş verib. Daha doğrusu, təzyiq göstərib və göstərməkdədir. İdxalçılara deyilib ki, bəyannamələri “Azərterminalkompleks” Birliyində yazdırmalısınız. Hətta bu göstəriş səsgücləndirici vasitəsilə ərazidə səsləndirilib. Göstərişdə bildirilib ki, qiymət gömrük inspektorları tərəfindən müəyyən ediləcək. Güzəşt kimi deyilib ki, malların dəyərində sizə endirim edərik.

nobe1

Maraqlıdır, dövlətin büdcəsinə yönələn, vahid tariflə müəyyən edilən dəyərləndirmədə gömrük hansı endirimi edir? Bu günə qədər bu, niyə edilmirdi? Əgər endirim etmək mümkündürsə deməli büdcəyə yönələn vəsait idxalçıya deyilən qiymətdən aşağı olub. Bu isə maliyyə yayınmasıdır. Çünki büdcəyə yönələn rüsum vahid tariflə müəyyən olunur. “Vahid tarifə endirim edirik” demək isə gülüncdür. Vahid tarifə necə endirim edilə bilər? Bu şəxsi mülkiyyətdirmi? Deməli bu günə qədər idxalçının ödədiyi vəsait büdcəyə ödənilməli olan vəsaitdən çox olub. Gömrükçülərin şəxsi arzu və istəkləri ilə müəyyən etdikləri tariflər isə başqa istiqamətdə “rəsmiləşdirilib”. Və bu proses davam edir.

Gömrükçülər, gətirdiyiniz malları əgər broker şirkətlərində bəyan etsəniz biz sizin sənədləri qəbul etməyəcəyik kimi absurd fikirlər səsləndirməyə başlayıblar. Bu isə hazırki iqtisadi durumda çörəyi avtomobil ticarətindən çıxan vətəndaşın sıxışdırılması kimi qiymətləndirilir. Bu bir çox sadə vətəndaşın işsiz qalması, əldə etmək istədiyi cüzi gəlirdən məhrum olması, zərər çəkməsi deməkdir. Baş verənlər fərdi avtomobil satışı ilə məşqul olan şəxslərlə yanaşı broker fəaliyyəti ilə məşqul olan şirkətlərin də taleyini sual altına alıb.

Araşdırmamıza əsasən dəqiqləşdirdik ki, “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən” qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014 – cü il 23 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq olunub.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər. Yəni bu xidmət qanunla tənzimlənir.

Qaydalara əsasən gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir.

Amma yaşayananlar göstərir ki, qanun pozulur. Bu pozuntu həm idxalçının cibinə ziyan, hüquqlarına zidd olmaqla yanaşı sağlamlığını belə təhlükə qarşısında qoyub. Bu da azmış kimi, 100-lə işçisi olan broker şirkətlərinin fəaliyyətinə təhlükə yaranıb.

Hazırki vəziyyətdə Gömrük Komitəsinin rəhbərliyi tərəfindən müvafiq qabaqlayıcı addımlar atılmasa və bu proses uzun müddət davam etsə naəlac qalan vətəndaş mövcud vəziyyətlə bağlı Cənab Prezidentə müraciət ünvanlamağı planlaşdırır.

Hazırda isə real vəziyyət belədir.

Karantin qaydalarının kobud şəkildə pozulması nəticəsində koronavirus təhlükəsinin artması. Cənab Prezidentin rəhbərliyi altında böyük əziyyət və məsuliyyət hesabına aylarla çəkilən zəhmətə zərbə vurulması.

Cənab Prezidentin sahibkarların, ələlxüsus da həssas təbəqənin fəaliyyətinə verdiyi dəstəyə laqeyd yanaşılması.

Görünən budur ki, bu gün ölkədə koronavirusla böyük əziyyət və zəhmət bahasına aparılan mübarizə nəticəsində əldə edilən uğurlu nəticə, sahibkarların, ələlxüsus da həssas təbəqənin hüquqlarının qorunması, vətəndaşın evinə bir parça çörək apara bilməsi üçün dövlət tərəfindən bütün lazımi köməkliyin göstərilməsi istiqamətində atılan addımları bir daha kimlərəsə yenidən xatırlatmaq gərəkdir. 

gomruke

Bundan başqa, dünyanın avtomobil istehsal edən nəhəng şirkətləri ilə Azərbaycan gömrüyü sanki, şərikdir. Halbuki həmin şirkətlər avtomobil istehsalı üçün aldıqları xammal az qala avtomobilin satış qiymətinin 60 faizi qədərdir. Azərbaycan gömrüyü isə 1 qara qəpik xərcləmədən avtomobilin dəyərindən artıq rüsum almaqla istehsalçıan artıq qazanır.

Belə bir alver, rüsum alma proseduru heç bir dövlətdə, heç bir qanunda, kitabda yoxdur. Ölkə xaricində 2 min manata alınan avtomobilə görə Azərbaycan gömrüyündə 4 min rəsmi, 700-800 manat qeyri-rəsmi ödəniş tələb olunur.

Bu nonsensdir və dəhşətli reallıqdır!

Xaricdən ölkəyə Opel, Kia, Hundai markalı, kiçik həcmli mühərrikli nəqliyyat vasitəsi gətizdirən Azərbaycan vətəndaşı deyir ki, məsələn “Tayota Prius” hibrid mühərrikli maşınlar görə Azərbyacan gömrüyündə rüsum kimi 4200 manat alırlar. Halbuki rəsmi rüsum 3300-3500 manat müəyyənləşib. Həmsöhbətimiz olan Azərbaycan vətəndaşı deyir ki, E bay Kleinzeigen, Mobile.de saytı üzərindən Almaniyadan 1.3 mühərrik və 1.4 mühərrik 2 nəqliyyat vasitəsi alıb.

gomruk

Həmin maşınların ölkəyə gətirilməsi üçün Azərbaycan vətəndaşı 1000 avro civarında gətirilmə xərci çəkib. Daşıma xərci gömrük rüsumuna daxil deyil. Maşın Almaniyada 1400 avro alınıb. Normalda gömrük kalkulyatorunda 1364 həcm mühərrikli nəqliyyat vasitəsinə Almaniyada 1400 avro ödəyən Azərbaycan vətəndaşı 1653 dollar – 2828 manat ödəməlidir. Amma gömrükdə 3500 manat rüsum alınır. Bu zaman vətəndaşa rüsum ödəməsi haqda sənədin surətini verirlər. Vətəndaşdan artıq, əlavə pul alınır. Deyilir ki, qiymət real deyil. Faktiki isə həmin real qiymətlər var və bunu gömrükçülər də çox yaxşı bilir.
Bununla belə vətəndaşın məhkəməyə müraciət etməsi ona çox böyük xərclər bahasına başa gəlir. Azərbaycan vətəndaşları gömrükdəki əlavə xərcləri qarşılamaq üçün maşınlardakı katalizatorları Gürcüstan ərazisində 300 manatdan 500-700 manata satırlar. Nəticədə Avro-4 standartına cavab verən nəqliyyat vasitəsi avtomatik standartdan kənar hala gəlir. Bu da respublika ərazisində mühərriklərdən ayrılan tullantı qazlarının birbaşa havaya qarışmasına gətirib çıxarıb. Bu da son nəticədə xərçəng kimi ölümcül xəstəliklərə yol açır. Gömrükdəki olduqca böyük rüsum və əlavə pulların alınması məsələsi illərdir ki, gündəmdədir. Lakin kimsə məhkəmələrə baş vurub məsələni çözmək istəmir. Çünki bu halda vətəndaş daha böyük ziyanla üzləşə bilər. Məhkəmə çəkişməsi dövründə gömrükdə nəqliyyat vasitəsinin saxlandığı hər günə görə 10 manat rüsum alınır. Məhkəmə isə illərlə çəkə bilər.

Həmsöhbətimiz deyir ki, gömrük rəsmiləşdirməsindən əlavə maşınlara nömrə nişanı almaq da bir başqa zülmdür. Nömrə üçün 78 manat dövlət rüsumu ödənməlidir. Amma vətəndaş nömrə almaq üçün 150 manat xərcləyir. Məsələn Azərbaycanda 1700 dollar gömrük rüsumu alınan kiçik həcmli mühərrikə malik “Opel” üçün qonşu Gürcüstanda 500 dollar gömrük rüsumu alınır. Üstəlik 60 gün ərzində gömrük rəsmiləşdirilməsi üçün müddət verilir. Həmin müddətə yaxın ölkədən çıxıb geri dönməklə daha 60 gün də maşını Gürcüstan ərazisində idarə etmək olur.

Həmsöhbətimiz deyir ki, Gürcüstan avtomobil biznesdə Azərbaycandan dəfələrlə artıq qazanır, Gürcüstan vətəndaşlarının öz gömrük orqanlarında son qəpik-quruşları əllərindən alınmır. “Saakaşvili bir qərar verdi, dağın döşündə əkin-biçinə yararsız sahədə dayanacaq düzəltdilər. Maşın Batumuyə çatdısa, orada otel, maşının təkərinə hava vurmağa da pul ödənir. 1 Azərbaycan vətəndaşı Gürcüstana maşın gətirməyə, almağa gedəndə orada azı 200-300 dollar pul xərcləyir” –deyə həmsöhbətimiz bildirib.
criminal.az