ADY rəsmisi: “Bank kartları ilə təmassız ödəniş sistemi tam təhlükəsiz olacaq”

ADY rəsmisi: “Bank kartları ilə təmassız ödəniş sistemi tam təhlükəsiz olacaq”
11:28 16-09-2020 | icon 92

“Gediş haqlarının bank kartları ilə təmassız ödənişini həyata keçirəcək sistem, sərnişinlərin rahatlığına xidmət edəcək”. Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov deyib.

O bildirib ki, qurum dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstərir: “Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”.