Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
10:35 16-09-2020 | icon 1075

Rusiyanın Dağıstan Respublikası ərazisində qalan daha 400 Azərbaycan vətəndaşının bu gün ölkəyə gətirilməsi təmin olunub.

APA-nın verdiyi məlumata görə, soydaşlarımız avtobuslarla “Samur” sərhəd-keçid məntəqəsindən ölkəyə gətirilib.

Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən “Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yoxlamadan keçiriliblər.

Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələbləri tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi nəzərdə tutulur.