Yarıçılpaq kişi məscidi darmadağın etdi - VİDEO

Yarıçılpaq kişi məscidi darmadağın etdi - VİDEO
02:00 16-09-2020 | icon 100

Yarıçılpaq kişi məscidin qapısına yaxınlaşaraq bir müddət onu qurdalayır, aça bilmədikdə isə təpiklə vurur. Sonra məscidin pəncərəsini qıraraq içəri keçir və orada da aləmi bir-birinə qatır.

“Haber Global”ın məlumatına grə, kadrlar Türkiyənin Kocaeli vilayətindəndir.

Bildirilir ki, həmin vaxt namaz qılmaq üçün məscidə gələn nəzarətçi onunla danışıqlar aparmaq istəsə də, buna nail olmur. Məcbur qalan kişi hüquq-mühafizə orqanlarına xəbər verib.

Təqribən dörd saatdan sonra gənci tutmaq mümkün olub.

Sonradan həmin gəncin şizofreniya xəstəsi olduğu ortaya çıxıb.