Şəmkirdə qəza: İki avtomobil toqquşdu, iki nəfər yaralandı

Şəmkirdə qəza: İki avtomobil toqquşdu, iki nəfər yaralandı
18:07 02-08-2020 | icon 525

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Great Wall” markalı avtomobili toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.