Qazaxıstanda nazir müavini həbs olundu

Qazaxıstanda nazir müavini həbs olundu
14:35 02-08-2020 | icon 144

Qazaxıstanın Səhiyyə nazirinin müavini Oljas Abişev saxlanılıb.

milletinsesi.info “Sputnik”ə istinadən xəbər verir ki, Abişev dövlət büdcəsini mənimsəməkdə günahlandırılır.

2018-ci ildə nazir müavini vəzifəsinə təyin olunan Abişev bundan əvvəl də müxtəlif dövlət qurumlarında işləyib.

Qeyd olunub ki, nazir müavininin həbsi Sosial Sığorta Fondu ilə bağlı təhqiqatlarla əlaqədar ola bilər.

Sözügedən fondun rəhbəri də saxlanılıb.

Maraqlıdır ki, bütün bu proses sosial şəbəkələrdə yayılmış məlumatlardan sonra başlayıb. Belə ki, Fondun rəhbəri Aybatır Jumaqılovun arvadı ərinin ona 12-ci maşını hədiyyə etdiyini bildirməsindən sonra araşdırmalara start verilib.

Faktla bağlı istintaq aparılır.