Mingəçevirdə zəncirvari qəza: Dörd maşın toqquşdu, bir nəfər xəstəxanalıq oldu

Mingəçevirdə zəncirvari qəza: Dörd maşın toqquşdu, bir nəfər xəstəxanalıq oldu
14:07 02-08-2020 | icon 496

Mingəçevirdə zəncirvarı yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Təbriz küçəsində baş verib.

İdarəetmədən çıxan dörd minik avtomobili “Mercedes”, “VAZ 2106”, “VAZ 2107” və “VAZ 21099” markalı maşınlar toqquşub.

Hadisə zamanı “VAZ 21099” aşıb. Hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.