İmmobile “Qızıl buts” qazandı - A seriyasında bombardirlik rekordu təkrarlandı

İmmobile “Qızıl buts” qazandı - A seriyasında bombardirlik rekordu təkrarlandı
12:21 02-08-2020 | icon 154

Avropada mövsümün ən çox qol vuran oyunçusuna verilən “Qızıl buts” mükafatının yeni sahibi bəlli olub.

milletinsesi.info xəbər verir ki, mövsüm ərzində ən çox qolu “Latsio”nun hücumçusu Çiro İmmobile vurub.

30 yaşlı forvard buna 38-ci turda “Napoli” ilə matçda (1:3) nail olub. O, 22-ci dəqiqədə fərqlənməklə bir mövsümdə vurduğu qolların sayını 36-ya çatdırıb.

İmmobile bununla da “Napoli”nin sabiq futbolçusu Qonsalo İquaynın 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

Bundan əlavə, italiyalı oyunçu Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi “Qızıl buts” mükafatını qazanıb.

Qeyd edək ki, başa çatan mövsümdə ən çox qol vuran futbolçuların ilk üçlüyündəki sonrakı yerləri “Bavariya”dan Robert Levandovski (34 qol), və “Yuventus”dan Kriştiano Ronaldo (32 qol) tutub.