Minik avtomobili mağazaya çırpıldı, sürücü xəsarət aldı

Minik avtomobili mağazaya çırpıldı, sürücü xəsarət aldı
11:42 02-08-2020 | icon 390

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil mağazaya çırpılıb.

Sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.