Qatarda kişi uşaqlı qadını döyüb zorlamaq istədi

Qatarda kişi uşaqlı qadını döyüb zorlamaq istədi
23:56 01-08-2020 | icon 109

Mariupol - Kiyev qatarında qadın və oğlu hücuma məruz qalıb. 

Life.ru xəbər verir ki, bununla bağlı zərərçəkmiş Anastasiya Luqovaya sosial şəbəkə hesabında məlumat verib. 

Onun sözlərinə görə, naməlum şəxs onların qaldığı kupeyə girib, əvvəlcə azyaşlı oğlunu deyib:

“Daha sonra mənə hücum çəkdi, bir neçə zərbə endirdi. Soyunduqdan sonra zorlamaq istədi. Bu zaman oğlum ağlayırdı. Ondan oğlumu kupedən çıxarmağı xahiş etdim. Qapı açılan kimi dərhal bələdçini çağırdım. Qatardakı mühafizəçilər həmin şəxsi yaxalaya bildilər”.

Qadın həmin şəxsin hansı səbəbdən belə addım atdığını bilmədiyini və onu tanımadığını açıqlayıb.