Bakı sakini 36 yaşlı qayınını bıçaqladı

Bakı sakini 36 yaşlı qayınını bıçaqladı
13:28 01-08-2020 | icon 303

Bakının Xətai rayonunda məişət münaqişəsi bir nəfərin bıçaqlanaraq, ağır yaralanması ilə başa çatıb.

milletinsesi.info-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyulun 31-də saat 21:00 radələrində 1987-ci il təvəllüdlü paytaxt sakini Seymur Məlikov 1984-cü il təvəllüdlü qayını Elmir Hüseynovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Zərərçəkən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Cinayətin törədilməsində şübhəli bilinən şəxs tutulub, onun barəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (ağır xəsarət yetirmə) üzrə cinayət işinə başlanılıb.  

Ramella İbrahimxəlilova