Biləsuvarda zibillər Mübariz İbrahimovun adını daşıyan küçəyə atılır 

Biləsuvarda zibillər Mübariz İbrahimovun adını daşıyan küçəyə atılır 
12:56 01-08-2020 | icon 1045

Biləsuvarda zibil küçəyə atılır. Bu barədə milletinsesi.info-ın redaksiyasına daxil olan məlumatda bildirilib.

Rayonun mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan küçə baxımsızdır və məişət tullantıları qalaqlanıb.

Vətəndaşlar bildirir ki, üfunət qoxusu və antisanitariya vəziyyətə görə küçədə hərəkət etmək olmur.

Ərazinin şəkillərini təqdim edirik: 

İlhamə Əbülfət