Gəncədə çörəkbişirmə sexində güclü yanğın

Gəncədə çörəkbişirmə sexində güclü yanğın
09:28 01-08-2020 | icon 287

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 250 kvadrat metr olan çörəkbişirmə sexinin tavanı 100 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan bitişik evin plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb. Sexin qalan hissəsi, bitişik ev və digər tikililər yanğından mühafizə olunub.

Alov söndürülüb.