Mingəçevirdə küçədə kişi meyiti tapılıb

Mingəçevirdə küçədə kişi meyiti tapılıb
22:28 31-07-2020 | icon 144

Mingəçevirdə küçədə kişi meyiti aşkarlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 20 Yanvar küçəsi 10 ünvanındakı binanın qarşısında qeydə alınıb.

Təxminən 39-40 yaşlarında olan kişinin küçədə öldüyü bildirilir.

Şəxsiyyəti hələ ki məlum olmayan kişinin ölümünün səbəbi araşdırılır.