Göyçayda 79 yaşlı qadın evində yanaraq öldü

Göyçayda 79 yaşlı qadın evində yanaraq öldü
12:49 31-07-2020 | icon 131

Göyçay rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün saat 11:00 radələrində rayonun Ləkçıplaq kəndində 1941-ci il təvəllüdlü Qarayeva Malikə Nəbi qızına məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evdə yanğın olub.

Hadisə zamanı ev yanaraq yararsız hala düşüb, ev sahibi yanaraq ölüb.

Ailə üzvləri hadisədən gec xəbər tutub. Alov qısa vaxtda evi tam əhatə etdiyi üçün qadını evdən çıxarmaq mümkün olmayıb.

Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar, yanğın tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.