Lənkəranda çətənə yetişdirən şəxslər saxlanılıb

Lənkəranda çətənə yetişdirən şəxslər saxlanılıb
10:56 31-07-2020 | icon 77

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. 

Bildirilib ki, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Vilvan kənd sakinləri T.Şükürov və E.Toqanov saxlanılıblar.

Onların Veravul kəndindəki boş torpaq sahələrindən birində kanalın içərisində aqrotexniki qulluq göstərməklə əkib-becərdikləri 80-150 santimetr hündürlüyündə, ümumi çəkisi 45 kiloqramdan artıq 78 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.