Braziliya prezidentinin həyat yoldaşı da koronavirusa yoluxdu

Braziliya prezidentinin həyat yoldaşı da koronavirusa yoluxdu
10:49 31-07-2020 | icon 75

Braziliya prezidenti Jair Bolsonarunun həyat yoldaşı Mişel Bolsonaruya koronavirus diaqnozu qoyulub.

Bu barədə Mk.ru Braziliya prezidentinin mətbuat xidmətindən verilən məlumata istinadla xəbər yayır.

Qeyd olunur ki, cümə axşamı ölkənin birinci xanımı koronavirus testindən keçib və onun nəticəsi müsbət olub. Mişel Bolsonarunun vəziyyətinin yaxşı olduğu bildirilir.

O, prezident administrasiyasının tibb işçilərinin nəzarəti altında olacaq.

Xatırladaq ki, Braziliya prezidentinin özü də bu yaxınlarda koronavirusa yoluxmuşdu.