Səfirlik azərbaycanlıların qanunsuz miqrant kimi qeydə alınmaması üçün hərəkətə keçdi

Səfirlik azərbaycanlıların qanunsuz miqrant kimi qeydə alınmaması üçün hərəkətə keçdi
13:21 01-07-2020 | icon 1205

Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynanın müvafiq orqanlarına müraciət ünvanlayıb.

milletinsesi.info-ın xəbərinə görə, bu barədə səfirliyin məlumatında bildirilir.

Müraciət Ukraynada yaşayan azərbaycanlıların koronavirus pandemiyası ilə əlaqədar qanunsuz miqrant statusuna düşməmələri və öz fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri ilə bağlıdır.  

Müraciətdə qeyd olunur ki, 2020-ci ilin yanvarın 1-dən etibarən müddəti bitmiş bütün növ pasportların 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab olunsun.

“Diqqətinizə çatdırırıq ki, müddəti bitdiyi üçün uzadılmış hesab olunan pasportlar yalnız Ukrayna ərazisində etibarlı hesab olunur.

Korlanmış, vaxtı keçmiş pasportu olan və ya pasportunu itirmiş vətəndaşlarımız Azərbaycan Respublikasına qayıtmaq istəyəndə qayıdış şəhadətnaməsi almaq üçün səfirliyə müraciət etməlidirlər”, - deyə səfirlik bildirib.