ABŞ-dan İranla bağlı açıqlama: “Hərbi variant hər zaman nəzərdən keçirilir”

ABŞ-dan İranla bağlı açıqlama: “Hərbi variant hər zaman nəzərdən keçirilir”
12:07 01-07-2020 | icon 147

Zərurət olacağı halda ABŞ hakimiyyəti İranla mübaribəyə başlamağa hazırdır.

Bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

B.Hukun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İrana nüvə silahını tamamlamağa icazə verməməkdə qərarlıdır, buna görə də, o, hətta hərbi qərarları belə nəzərdən keçirməyə hazırdır.

“Tramp aydın şəkildə göstərib ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək və hərbi variant hər zaman nəzərdən keçirilir”, - deyə, B.Huk qeyd edib.