Yaqut Qarayeva: “Ramin Bayramlı işinin başındadır” - VİDEO

Yaqut Qarayeva: “Ramin Bayramlı işinin başındadır” - VİDEO
18:49 30-06-2020 | icon 971

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin sədri Ramin Bayramlı işinin başındadır”.

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 

O deyib ki, TƏBİB sədri REACT-C19 layihəsi çərçivəsində ölkəyə gələn həkimlərimizlə birlikdə çalışır:

“Pandemiya xəstəxanalarında monitorinqlər keçirilir. R.Bayramlı da həmin proseslərə şəxsən nəzarət edir. Lahiyə başa çatsa da, həkimlər hələ də işlərini davam etdirirlər.  Testlərlə bağlı 23 laboratoriya fəaliyyət göstərir və bu imkanların artırılması gözlənilir”. 

Onun sözlərinə görə, ölkəyə yeni test və avadanlıqların gətirilməsi gözlənilir: “Test cavablarının gecikməsi yoluxanların sayının artması ilə bağlıdır. Xahiş edirik, insanlar bu məsələdə anlayışlı olsunlar. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında xəstələrin istifadə etdiyi ləvazimatların bu formada mərkəzin həyətinə atılması qəbuledilməzdir”. 

Onun sözlərinə görə, pandemiya xəstəxanalarında istifadə edilən ləvazimatların xüsusi qaydalar əsasında utilizasiyasına ciddi nəzarət olunmalıdır:

“Bu mənzərə bizi çox üzdü. Təəssüf ki, belə bir hal yaşanıb. Çox həssas məqamdır və gərək diqqətli olsunlar. Xəstəxananın həyətində o şəkildə qalması yolverilməzdir. Bu istiqamətdə xəstəxana rəhbərliyi ilə danışıqlar aparılıb. Belə halların təkrarlanmaması üçün tədbir görülüb.  Operativ qərargah yaranandan koronavirusla mübarizə üçün planlar hazırlanıb”.

Y.Qarayevanın sözlərinə görə, heç kim oturub gözləməli deyil ki, ölkədə yoluxma sayı pik həddə çatsın: “Biz çalışırıq ki, itkilərimiz minimal olsun. Bunun üçün planlar həyata keçiririk. Bu xəstəlik çox ciddidir. Artıq gənc yaşda yoluxmaların şahidi oluruq. Biz prosesi nəzarətdə saxlayırıq. Gözləmirik ki, xəstəlik pik həddə çatsın”.

“SMS icazəyə limit qoyulması ilə bağlı qərar operativ qərargah tərəfindən, yəqin ki, müzakirə olunacaq. Bu barədə qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul edilib. Yəqin ki, bu istiqamətdə də müzakirələr olacaq. Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. Bizim məqsədimiz yoluxma zəncirinin qırılmasıdır. Ona görə də, bu tədbirlər görülür. Karantin rejimi öz nəticəsini verir”.

O bildirib ki, yoluxma sayı nisbətən stabilləşib: “Bu gün qapanma sayəsində yoluxma sayı stabildir. Bu nəticələr ikiqat arta da bilərdi. Amma bu gün onu görmürük. Bu da bizim xəstələri müalicə etməyimizə imkan verir. Bir infeksiya üçün peyvəndin hazırlanıb satışa çıxarılması çox uzun müddət tələb edir”.

Onun sözlərinə görə, hazırda bu xəstəliklə bağlı peyvəndin hazırlanması işləri davam edir: “Bu peyvəndin hələ hazırlanıb hansısa ölkədə istifafə olunması faktı yoxdur. Peyvənd hazırlanandan sonra ziyanlı olub-olmaması araşdırılmalıdır. 

Keçən brifinqdə Hande Harmancı çıxışında qeyd etdi ki, bir neçə peyvənd üzərində işlər gedir. Bir peyvəndin ilin sonuna kimi hazırlanması gözlənilir. Hələlik hazırlanan peyvəndlərin istifadəsinə başlanmayıb. Bu barədə danışmaq hələlik tezdir”.