Yaponiyada 70 mindən çox insan təxliyyə oluna bilər

Yaponiyada 70 mindən çox insan təxliyyə oluna bilər
15:07 30-06-2020 | icon 72

Yaponiyada 70 mindən çox insan torpaq sürüşməsi təhlükəsi səbəbindən təxliyyəyə hazırlaşır. Səlahiyyətlilər bu barədə Kaqosima şəhərinin sakinlərinə xəbər veriblər.

“RİA Novosti” bununla bağlı şəhər bələdiyyəsinin saytında dərc edilən məlumata istinadla xəbər yayıb.

Bildirilir ki, leysan yağışları səbəbindən torpaq sürüşməsi təhlükəsi meydana gəlib. Sinoptiklər güclü yağış yağacağını proqnozlaşdırıblar. Şəhərin yerləşdiyi Küsü adasının cənub hissəsinə gün ərzində 200 millimetr yağıntı düşəcəyi gözlənilir.

Təhlükə zonalarını ilk olaraq yaşlılar və əlillər tərk etməyə başlayıb.