Azərbaycanlı idmançı UFC-də ikinci döyüşünə çıxacaq

Azərbaycanlı idmançı UFC-də ikinci döyüşünə çıxacaq
13:56 30-06-2020 | icon 106

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC turnirində növbəti döyüşünə çıxacaq.

milletinsesi.info xəbər verir ki, UFC 11, 15, 18 və 25 iyulda dörd yarış keçirəcək.

Yarışlar BƏƏ-nin paytaxtı Əbu-Dabidə yerləşən Yas adasında baş tutacaq. Bu səbəbdən də döyüşlər “UFC: Fight Island” başlığı altında gerçəkləşəcək.

Fiziyev isə iyulun 18-də döyüşəcək. Yüngül çəkidə baş tutacaq bu döyüşdə onun rəqibi UFC təcrübəsi daha çox olan, konqolu, lakin İngiltərəni təmsil edən Mark Dyakyes olacaq. Bu, Fiziyevin UFC-də ikinci döyüşü kimi tarixə düşəcək.

Qeyd edək ki, Rafael Fiziyev Qırğızıstanda Azərbaycan ailəsində doğulub. Buna görə də o, hər iki ölkənin bayrağı ilə oktaqona çıxır.

Səbuhi Musayev