Mikayıl Cabbarov pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışdı

Mikayıl Cabbarov pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışdı
10:42 30-06-2020 | icon 99

“Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir”.

milletinsesi.info-ın məlumatına görə, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.

Nazir vurğulayıb ki, 2019-cu il yanvarın 1-dən əmək müqavilələri ilə bağlı da islahatlar aparılıb:

“2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyuna bu rəqəm 751 min 705 əmək müqaviləsi təşkil edir. Bu, o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb”.

İlhamə Əbülfət