Sumqayıtda eyni yol beşinci dəfə çöküb - FOTO/VİDEO

Sumqayıtda eyni yol beşinci dəfə çöküb - FOTO/VİDEO
09:14 30-06-2020 | icon 2245

Sumqayıtda eyni yol beşinci dəfə çöküb. milletinsesi.info xəbər verir ki, söhbət şəhərin Kamran Hüseynov küçəsindən gedir.

Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. 

Vətəndaşlar tərəfindən təhlükəsizlik məqsədilə yolun çökən hissəsinin ətrafına daş qoyulub. 

İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb. 

Xatırladaq ki, sözügedən küçədə yol bundan əvvəl dörd dəfə çöküb. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, yolun çökməsinin qarşısını almaq mümkün olmayıb.

Həmin görüntüləri təqdim edirik:

 

Könül Cəfərli