ABŞ-da silahlı şəxs iki polisi ağır yaradı - VİDEO

ABŞ-da silahlı şəxs iki polisi ağır yaradı - VİDEO
01:07 30-06-2020 | icon 91

ABŞ-ın Oklahoma ştatında silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

REN TV xəbər verir ki, silahlı insident Oklahoma ştatının Talsa şəhərində qeydə alınıb.

Naməlum kişinin açdığı atəş nəticəsində iki polis ağır yaralanıb. Silahlı hücumu həyata keçirən şəxs hadisə yerindən qaçıb.

Qeyd edək ki, ABŞ-da qaradərili vətəndaş Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra kütləvi iğtişaşlar başlayıb.