Yaşayış binasında partlayış anı kameralarda - VİDEO

Yaşayış binasında partlayış anı kameralarda - VİDEO
23:42 29-06-2020 | icon 81

Rusiya paytaxtında yaşayış binasında dəhşətli partlayış baş verib. İlkin ehtimallara görə, partlayışa səbəb qaz olub.

RT-nin məlumatına görə, nəticədə binanın üçüncü mərtəbəsində dörd mənzil yanıb.

Ümumilikdə, yeddi nəfərin həyatı xilas edilib, üç nəfərin tibbi yardıma ehtiyacı olub.

Partlayışın dalğası ilə binada pəncərələr qırılaraq, qonşu həyətdə oturan sakinlərin üstünə tökülüb.