Azərbaycan klubu daha bir futbolçu ilə müqaviləni yeniləmədi

Azərbaycan klubu daha bir futbolçu ilə müqaviləni yeniləmədi
16:56 29-06-2020 | icon 138

“Sabah” klubu üçüncü futbolçusu ilə yollarını ayırıb.

milletinsesi.info xəbər verir ki, müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə yeni anlaşmaya ehtiyac duyulmayıb.

Xatırladaq ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə Təhsil Nazirliyinin komandasında 42 oyun keçirib, bir qol vurub.

Qeyd edək ki, “Sabah” daha əvvəl Vadim Abdullayev və Kərim Diniyevlə yollarını ayırmışdı.