Bakıda keçmiş məhkum sevgilisinin anasını döyüb qarət etdi

Bakıda keçmiş məhkum sevgilisinin anasını döyüb qarət etdi
16:00 29-06-2020 | icon 254

Bakıda keçmiş məhkum sevgilisinin anasını qarət edib.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları əvvəllər xuliqanlığa və qəsdən sağlamlığa yüngül xəsarət yetirməyə görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Asif Abbasovun yerinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər görürlər.

Həmin şəxs iyunun 27-də, saat 15:00 radələrində Binə qəsəbəsində birlikdə yaşadığı qadının anası - 1962-ci il təvəllüdlü Dostubəyim Seyfullayevanı döyüb, onun pulqabından 200 manat götürərək, hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işinə başlanılıb.

Ayın əvvəlindən bəri paytaxtda polis tərəfindən doqquz qarət hadisəsi qeydə alınıb. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayının sonunda tətbiq olunan xüsusi karantin rejimi zamanı bu cinayətlərin sayı kəskin azalıb. Müqayisə üçün qeyd edək ki, bu ilin mart ayında Bakıda 19 qarət hadisəsi qeydə alınmışdı.

Ramella İbrahimxəlilova