Əbülfəs Qarayevin fəaliyyəti araşdırılır - Qanunsuzluqlar aşkarlanıb

Əbülfəs Qarayevin fəaliyyəti araşdırılır - Qanunsuzluqlar aşkarlanıb
15:01 29-06-2020 | icon 383

Mədəniyyət Nazirliyində yoxlama aparılır. Unikal.org-un əldə etdiyi məlumata bildirilir ki, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir.

Nəzərinizə çatdıraq ki, DTX-nin Mədəniyyət nazirliyində apardığı əməliyyat tətbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar.

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub.

Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.

Azərbaycan Dövlət Filarmoniyası tərəfindən 2017-ci il maliyyə hesabatlarında illik xərcləri 59 min 759 manat, 2018-ci ildə isə 64 min 259 manat artıq göstərməklə mənfəət vergisi müvafiq olaraq, 11 min 951 manat 80 qəpik və 12 min 848 manat 20 qəpik məbləğində büdcəyə az ödənilib.

“Sosial sığorta haqqında” qanununun 14-cü maddəsinin (14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında) tələblərinə düzgün əməl edilməyərək, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası və “Salnamə” Sənədli filmlər studiyası üzrə müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün müvafiq olaraq 5865 manat və 2895 manat məcburi dövlət sosial sığorta haqqı qonorar məbləğindən deyil (ödəmə mənbəyindən), büdcə vəsaiti hesabına ödənilib.

Eyni zamanda, Kinostudiya tərəfindən 2017-ci ildə 2760 manat, 2018-ci ildə 14 min 580 manat, ümumilikdə 17 min 340 manat məbləğində mənfəət vergisi az ödənilib.

Masallı Rayon Mədəniyyət İdarəsinə əvəzsiz olaraq verilmiş 202 min 551 manat 20 qəpik məbləğində mal-material qiymətlilərindən 21 min 532 manat 90 qəpik maliyyə hesabatında uçota alınmayıb.

“Azanfilm Studiyası"nın mühasibatlığı tərəfindən “Balaca şahzadə” sənədli filminin istehsalı ilə əlaqədar icarə haqqı üzrə firmalara 3340 manat artıq vəsait ödənilib.

“Mozalanfilm Studiyası” tərəfindən “Əlvida, Şmit” bədii filminin çəkilişi üçün yerin icarəsi adı ilə firmalara 1500 manat artıq vəsait ödənilib.

Nəzərinizə çatdıraq ki, DTX-nin Mədəniyyət Nazirliyində apardığı əməliyyat tədbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar.

Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.

Verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Mədəniyyət Nazirliyinin və quruma tabe olan müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

Qeyd edək ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası nazirlikdə yoxlama aparıb.

Bundan başqa, yoxlamalar Mədəniyyət Nazirliyinin maliyyə işlərindən, mühasibatlığından tutmuş struktur bölmələrinin işinə qədər bütün idarəetmə sistemini əhatə edir.

Xatırladaq ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət və korrupsiya əməllərində ittiham olunur.

İstintaq araşdırmaları zamanı tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinəəsaslı şübhələr müəyyən edilib.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinəəsaslı şübhələr müəyyən olunub. Hər iki məmurla bağlı həbs qətimkan tədbiri seçilib.

Bundan sonra cəmiyyətdə sözügedən nazirlikdəki korrupsiya əməllərinin nazirdən xəbərsiz törədilməsinin mümkün olmadığına dair qənaət formalaşıb və bununla bağlı şəxsən Əbülfəs Qarayevin ünvanına açıq ittihamlar səsləndirilib.