Rusiyanın 40-a yaxın diplomatı koronavirusa yoluxub, onlardan biri ölüb

Rusiyanın 40-a yaxın diplomatı koronavirusa yoluxub, onlardan biri ölüb
15:00 29-06-2020 | icon 65

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ölkənin 40-a yaxın diplomatının koronavirusa yoluxduğunu, bir nəfər həmkarının isə pandemiyanın qurbanı olduğunu açıqlayıb.

Sergey Lavrov bu barədə RT-yə müsahibəsində bildirib.

S.Lavrov söyləyib ki, koronavirusdan ölən həmkarının 62 yaşı olub, COVID-19 infeksiyasına həyat yoldaşından yoluxub:

“Diplomatın həyat yoldaşı təcili tibbi yardım xidmətinin işçisi olub və xəstəliyi asimptomatik keçirib”.