Prokurorluq Bakıda baş vermiş intihar hadisələrinin səbəblərini araşdırır

Prokurorluq Bakıda baş vermiş intihar hadisələrinin səbəblərini araşdırır
14:56 29-06-2020 | icon 257

Ötən gün Bakıda iki nəfər intihar edib.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Gecə saatlarında Binəqədi qəsəbəsində 1973-cü il təvəllüdlü Fərhad Məmmədov özünü pəncərənin barmaqlığından asıb.

1985-ci il təvəllüdlü Samiq Muradov isə Sabunçu rayonunda yaşadığı evin həyətində özünə qəsd edib.

Faktlarla bağlı prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinə başlanılıb.