Bakıda idarəetmədən çıxan avtomobil mağazaya çırpılıb - FOTO

Bakıda idarəetmədən çıxan avtomobil mağazaya çırpılıb - FOTO
02:49 24-05-2020 | icon 123

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, qəza 4-cü mikrorayon dairəsində qeydə alınıb. Hüseyn Seyidzadə küçəsində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə və yol kənarındakı mebel mağazasının divarına çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil deformasiyaya uğrayıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.