Xaricdən Azərbaycana gələnlər arasında COVID-19-a yoluxma nə qədərdir? 

Xaricdən Azərbaycana gələnlər arasında COVID-19-a yoluxma nə qədərdir? 
17:56 22-05-2020 | icon 986

“Xaricdən Azərbaycana gələnlər şəxslər arasında virusa yoluxanların sayı 20 faizdən çoxdur”. milletinsesi.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bu həftə 662 vətəndaş xaricdən gətirilib: “Hətta bir reyslə gələn şəxslər arasında yoluxma 30 faiz təşkil edib. Yevlaxda epidemioloji vəziyyət nəzarət altındadır”.

O qeyd edib ki, rayonun “Qaraçılar” məhəlləsindəki vətəndaşlar bir çox hallarda polis əməkdaşlarına müqavimət göstərirlər: “Buradan həmim vətəndaşlara müraciət edərək, qaydalara tabe olmağa çağırırıq. Ağırlaşan və ölümlə nəticələnən faktların çoxu evdə özlərini müalicə etmək istəyənlərlə əlaqəlidir. Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var”.

O qeyd edib ki, yoluxanlar arasında süni mayalanma ilə hamilə qalanlar da var. Sədr əlavə edib ki, onların vəziyyətində ağırlaşma olmayıb. “Polislər arasında da virusa yoluxma faktları var. “Bakı Metropoliteni” QSC-də xidmət göstərən polis əməkdaşının virusa yoluxması ilə bağlı məndə məlumat yoxdur”.

O qeyd edib ki, metro və nəqliyyat vasitələri riskli bölmələr hesab olunur: “Bu səbəbdən də ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsi və tibbi maskadan istifadə çox önəmlidir. Fevralın 24-dən bu günə qədər Azərbaycanda 24 milyonadan artıq maska satışa çıxarılıb”.

O qeyd edib ki, onlardan 18 milyonu satılıb: “Hazırda altı milyon tibbi maska ehtiyatda saxlanılır. Gün ərzində ölkədə 250 min maska istehsal edilir. May ayının sonuna qədər 10 milyon tibbi maska ehtiyat üçün Azərbaycana gətiriləcək. Azərbaycanda qapalı yerlərdə tibbi maskalardan istifadə mütləqdir”