Kamil Zeynallı azadlığa çıxır

Kamil Zeynallı azadlığa çıxır
16:28 22-05-2020 | icon 177

Bu gün fitnes məşqçisi Kamil Zeynallı azadlığa çıxacaq.

milletinsesi.info xəbər verir ki, onun 10 günlük həbs müddəti başa çatır.

Kamil Zeynallının köməkçisi Razim Qarayevin saytımıza verdiyi məlumata görə, o, saat 17:00-da azadlığa çıxacaq.

Qeyd edək ki, Kamil Zeynallı hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəsi saxlanma təcridxanasında saxlanılır. O, xüsusi karantin vaxtı maddi yardım etmək məqsədilə Ucara və Füzuli rayonunun Horadiz qəsəbəsinə icazəsiz getdiyi üçün 10 sutkalıq həbs olunub.

Səbuhi Musayev