Dağıstanda meşədə quldurlarla güc strukturları arasında atışma

Dağıstanda meşədə quldurlarla güc strukturları arasında atışma
16:14 22-05-2020 | icon 127

Dağıstan Respublikasının Xasavyurt rayonunda meşədə gizlənən silahlı quldur dəstənin üzvləri müəyyən edilib.

Bu barədə TASS məlumat yayıb.

Güc strukturları dərhal xüsusi əməliyyata başlayıb.

Qoksuv və Mutsalaul yaşayış massivləri arasındakı meşəlik ərazidə hüquq-mühafizə orqanları ilə silahlı dəstə üzvləri arasında atışma baş verib.