Moldova parlamentinin deputatları karantinə alındı

Moldova parlamentinin deputatları karantinə alındı
15:56 22-05-2020 | icon 107

Moldovada parlamentin bütün deputatları koronavirusla əlaqədar karantinə alınıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Millət vəkillərinin hamısı öz hesabına COVID-19 testindən keçməlidir.

Qeyd edək ki, bir gün əvvəl Moldova Demokrat Partiyasından deputat Yevgeni Nikiforçuk koronavirusa yoluxduğunu elan edib. Buna qədər isə o, 15 parlamentarinin olduğu fraksiya iclasında iştirak edib.