Palataya şəffaf geyimdə daxil olan tibb bacısından xəbər var - FOTO

Palataya şəffaf geyimdə daxil olan tibb bacısından xəbər var - FOTO
13:21 22-05-2020 | icon 50

Ötən günlərdə Rusiyada xəstələrin palatalarına şəffaf geyimdə daxil olan tibb bacısı ilə bağlı .

Sondakika.com məlumat yayıb ki, həmin tibb bacısının 23 yaşlı Nadya olduğu üzə çıxıb.

Səhiyyə müəssisələrində tibbi ləvazimatların və geyimlərin çatışmazlığından şikayətlənən həkimlər və tibb bacıları həddən artıq isti olması səbəbindən alt paltarının üstündən geyindiyi şəffaf geyimlə xəstələri müayinə edən Nadyanı dəstəkləyiblər.

Eyni zamanda, onların qayğısına qalan həkim və tibb işçilərinin şəkillərini çəkərək paylaşan xəstələri qınayıblar.

Onlar “Sizi sağaltmağa çalışırıq, bizim şəkillərimizi çəkməməlisiniz”, - deyə kampaniyaya başlayıblar.

Qeyd edilir ki, tibb bacısı uzun müddət isti havada işləməkdən sıxıldığı üçün belə geyindiyini deyərək üzr istəyib.