Prezident Göygöl Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi

Prezident Göygöl Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi
12:21 22-05-2020 | icon 36

Prezident İlham Əliyev Arif Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Qeyd edək ki, Göygöl Rayon İcra Hakimiyyətibaşçısı Arif Seyidoun da adı  vəzifəsindən sui-istifadə edənlər siyahısında hallanırdı. Rayon sakinləri bildirirdilər ki, Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir.

Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra Hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxdığına dair iddialar vardı.  

Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğuna dair məkumatlar yayılıb. 

Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları satdığı, torpaqlar məmurlar arasında bölüşdürüldüyü, tikinti işlərində korrupsiyaya yol verildiyinə dair idialar var.