Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı - FOTO/VİDEO

Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı - FOTO/VİDEO
12:14 22-05-2020 | icon 40

Karantin rejimi qaydalarına əməl etməyərək, müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən - paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib. 

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan istifadə etmədikləri aşkar edilib.

Obyektdə olan səkkiz nəfər saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxslər tibbi maskalarla təmin edilib.

Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələnib.