Ömürlük dustaq fud-bloqer kimi məşhur oldu - VİDEO

Ömürlük dustaq fud-bloqer kimi məşhur oldu - VİDEO
12:07 22-05-2020 | icon 23

Kaliforniyada məhbus həyatı yaşayan Ceron Kombs kulinariya bloqu açıb və qısa müddətdə internetdə məşhur olub.

“Daily Mail” xəbər verir ki, C.Kombs həbsxanada bişirdiyi yeməklərin reseptlərini “Tik-Tok”a yerləşdirir.

Fud-bloqerin videolarından biri beş milyondan çox baxış sayı toplayıb.

Ömürlük həbs cəzasına məhkum edilmiş C.Kombs dustaq yoldaşları üçün də yemək bişirir.