“Real” və “İnter” Aquero uğrunda yarışa girdi

“Real” və “İnter” Aquero uğrunda yarışa girdi
11:21 22-05-2020 | icon 28

Madrid “Real”ı və Milan “İnter”i “Mançester Siti”nin və Argentina millisinin hücumçusu Serxio Aqueronun transferi uğrunda mübarizə aparır.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Artıq klub təmsilçiləri futbolçunun agenti ilə ilkin danışıqlar aparıblar.

Lakin “Mançester Siti”nin hazırda futbolçunun satılmasına müsbət baxmadığı qeyd olunur.

Xatırladaq ki, S.Aquero bu mövsüm 22 qarşılaşmada 16 dəfə fərqlənib.