Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı - VİDEO

Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı - VİDEO
09:21 22-05-2020 | icon 75

Bakıda Post Patrul Xidməti (PPX) əməkdaşlarının təqib etdiyi şəxs motosikletin altında qalmaqdan son anda xilas olub.

milletinsesi.info xəbər verir ki, paytaxtın Nizami rayonu 28 May küçəsində baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. 

Təqib edilən şəxs qəfil avtomobil yoluna qaçıb və motosiklet sürücüsünün cəldliyi nəticəsində faciənin qarşısı alınıb. 

PPX əməkdaşları qısa zamanda həmin şəxsi tuta bilib. Diqqət çəkən məqamlardan biri polisin tutduğu şəxsə badalaq vurması olub. PPX əməkdaşının hansı səbəbdən həmin şəxsi təqib etdiyi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

 
 

Bakının Nəsimi rayonu ərazisində polisdən qaçan zaman anidən yola çıxaraq, qəza şəraiti törədən şəxs saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən milletinsesi.info-ın sorğusuna verilən cavabda qeyd olunub.

İdarədən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti (PPX) və 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Müvafiq görüntülər polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı oğurluq əməlində şübhəli bilinən, 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Rasim Nəcəfov saxlanılan vaxt çəkilib. 

O, mayın 4-də Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birindən telefon oğurlamaqla şübhəli bilinir. Şübhəli şəxs ətrafında araşdırmalar davam etdirilir”.