Həyatını riskə atıb çayda boğulan azyaşlını xilas etdi - VİDEO

Həyatını riskə atıb çayda boğulan azyaşlını xilas etdi - VİDEO
08:21 22-05-2020 | icon 71

Rusiyanın Krasnodar diyarında gənc oğlan Yenisey çayında boğulmaqda olan məktəblinin həyatını xilas edib.

REN TV xəbər verir ki, iki azyaşlı sahilə yaxın yerdə çimərkən suyun axını onlardan birini çayın dərinliyinə aparıb.

Bu zaman yaxınlıqdakı gənc oğlan suya daxil olaraq məktəblini sahilə çıxara bilib.

Yaxınlıqda olan şahidlərdən biri hadisəni telefonlarına çəkərək sosial şəbəkələrədə paylaşıb.

Videoya şərh yazan şəxslər gənc oğlanın mükafatlandırılmasını istəyib.